Elnarə ATV-dən ayrılır
Müğənni Elnarə ATV telekanalında yayımlanan "Süfrəmiz"
verilişindən ayrılır.
Axşam.az-ın məlumatına görə, sənətçi "Star life"
verilişinə açıqlamasında efirdən yorulduğunu deyib:
"Həftənin beş günü canlı efirdə oluram. Bu, məni çox yorur.
Uzaqlaşmaq qərarına gəlmişəm. Canlı veriliş aparmayacam. Çoxları
deyir ki, müğənniliyi atıb, aparıcı olmusan. Bu da onu göstərir ki,
öz işimə çox məsuliyyətli yanaşıram. Həm də qızım Burlaxatun bu
ildən məktəbə gedəcək. Ona daha çox vaxt ayırmalıyam. İndidən
məktəbə hazırlaşdırıram. Qızımla dahayaxından maraqlanmaqüçün yaxşı
fürsət yaranacaq".