Elza Seyidcahan yenə təəccübləndirdi
Əməkdar artist Elza Seyidcahan
fərqli saç düzümü ilə yenə hamını təəccübləndirib.
Axşam.az-ın məlumatına görə, hər zaman
qeyri-adi dəyişikliklər edən müğənni yeniliklərindən
danışıb.
Müğənni yaxın günlərdə maraqlı bir obrazda tamaşaçıların qarşısına
çıxacağını bildirib:
"Hər zaman fərqli görünmək istəyirəm. Bu dəfə məşhur
bir ulduzun imicinə girib, fotosessiya etdirmişəm. Həmin məşhurun
adını hələ ki, sirr saxlayıram.
İndi isə konsertim üçün maraqlı geyimlər hazırlayırıq".