Əlişir Kərimov (Qazaxıstan) və Təhminə Niyazova (Tacikistan) Bakıda xeyriyyə konsertləri ilə çıxış edəcək. Bu barədə Mövqe.az-a əməkdar artist ,"Bülbüllər" ("Bülbül") qrupunun rəhbəri Aybəniz Həşimova bildirib.
Konsertlərin biri Müslüm Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında sentyabrın 22-də baş tutacaq və əlil internat məktəbləri və uşaq şagirdlərinə təqdim olunacaq. Aybəniz Haşımova konsert zamanı gənc müğənni, qızı Aynişan Quliyeva və "Bülbüllər" qrupu ilə çıxış edəcək: "Müğənnilərin səfərində əsas məqsəd Azərbaycanda valideyn qayğısından məhrum olmuş, fiziki cəhətdən əlil olan körpələrimizə təmənnasız konsert verməkdi. Səfər zamanı, gələn qonaqların Tovuz rayonunda, əsgərlərimizlə görüşü, Azərbaycanın dilbər güşələrinin ekskursiyası da nəzərdə tutulub.
Bu konsert xalqların böyük dostluq körpüsünün bariz nümunəsi
olacaq. Konsertdə Aynişan və "Bülbüllər"də mənimlə bərabər
sevə-sevə körpələri gözəl nəğmələrlə sevindirəcəyik. Bu böyük
xeyriyyə tədbirində mənə yaxından dəstək olan dəyərli bacım,
xalqımızın layiqli övladı xanım Qənirə Paşayevaya, 12 May Şirkətinə
və dəyərli qardaşımız Səbuhi Rəcəbə, İçtimai Televiziyadan Saleh
Bağırova xüsusi təşəkkür edirəm. Konsertdə, qonaqlarların bizimlə
duetləri də nəzərdə tutulub. İnanıram ki, körpələr bu konsertdən
böyük zövq alacaqlar".