Əlaqə Arxiv
news Image
2012.05.17
18:04
| A A A
Kelli Preston ahıl yaşında ana olmaq istəyir
O, məşhur aktyor Con Travoltanın həyat yoldaşıdır

Movqe.Az xəbər portalının məlumatına görə, son günlər masajist ilə cinsi təcavüz iddiaları ilə başı qalmaqallı olan məşhur aktyor Con Travoltanın həyat yoldaşı 49 yaşlı Kelli Preston, daha bir uşaq istədiyini açıqlayıb.

C.Travoltayla 21 ildir evli olan aktrisa K.Preston, qonaq olduğu verilişlərin birində, "Sağlamlıq problemlərim olmasına baxmayaraq, daha çox uşaq sahibi olmağı çox istəyirəm", deyib.

Qeyd edək ki, K.Preston, 2009-cu ildə 16 yaşındakı oğlu Cettini itirib və o, oğlunun ölümündən sonra "Kimsə bu ağrını dadmamalıdır", deyib. Məşhur aktrisanın hazırda 12 yaşlı Ella Bleu adında bir qızı və 2010-cu ildə dünyaya gələn Benjamin adlı bir oğlu var.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz