Əlaqə Arxiv
news Image
2013.09.12
16:38
| A A A
Dilimizə qənim kəsilənlər…
Mehriban Xanlarova: «Hara gedib-gəlsəm də, öz dilimdə danışıram, bəziləri kimi dilimi dəyişmirəm»

Cavanşir Məmmədov: "Bəzi tanınmış müğənnilər  efirdə Azərbaycan dilində heç danışa bilmirlər"


Elza Seyidcahan: "Bəzi aparıcılar, müğənnilər, aktyorlar efirdə ləhcə ilə danışır, ədəbi dilin qayda-qanunlarına riayət etmir"


Nazpəri Dostəliyeva: "Azərbaycan dilini korlayanlar əsasən, rusdilli insanlardır"


Naibə Allahverdiyeva: "Bəzi rejissorlar kino və ədəbi dildən uzaqlaşıblar"


Məlumat verildyi kimi "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında  bir sıra maraqlı fikirlər səslənib. Qrupun sədri, AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsinin akademik katibi Kamal Abdulla qeyd edib ki, müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur: "Müğənnilər və aktyorlar qədər dili korlayan yoxdur. Biz bəzən diktorları və aparıcıları qınayırıq. Amma dili ən çox korlayan müğənni və aktyorlardır".

Bu iradlarla müğənnilər və aktyorlar arasında razılaşanlar da var, razılaşmayanlar da. bəzik aktyor və aktirsalar isə bu fikrin onlara şamil olunmadığıın bildirir. Məsələn, Mövqe.az-a açıqlamasında aktrisa Mehriban Xanlarova qeyd edir: "Hara gedib-gəlsəm də, öz dilimdə danışıram, bəziləri kimi dilimi dəyişmirəm. Bu fikir mənə şəxsən heç bir halda aid ola bilməz". 

Müğənni Cavanşir Məmmədov isə qeyd edir: "Mən özüm efirə çıxanda sırf Azərbaycan dilində danışıram. Amma bəzi elə müğənnilər var ki, efirə çıxanda rus dilindən öz dilimizə bəzi sözləri transfer etməyə çalışırlar. Guya bu sözün Azərbaycan dilində tərcüməsini bilmir. Özlərni bilməməzliyə vururlar. O baxımdan hörmətli ziyalımız Kamal Abdullanın dediyində həqiqət var. Bəzi tanınmış müğənnilər (onların sırasında xalq, əməkdar artistlər də var hətta) efirdə Azərbaycan dilində heç danışa bilmirlər. Televiziya rəhbərliyinə tapşırmaq lazımdır ki, elələrini efirə buraxmasınlar". 

Müğənni Elza Seyidcahanın isə məsələyə münasibəti belə oldu: "Kamal Abdulla dəyərli ziyalımızdır. Fikrini bəyənirəm. Ancaq aydındır ki, müğənni və aktyorların  heç də hamısı dilimizi korlamır. Lakin onlar arasında dilimizi korlayanlar təbii ki, var. Mən özüm isə şəxsən müğənniyəm və efirə çıxanda da öz danışığıma, dediyim sözlərə fikir verirəm. Müəyyən sözlər var ki, onları səsləndirəndə çox diqqət edirəm. Ola bilər, bəzi aparıcılar, müğənnilər, aktyorlar efirdə ləhcə ilə danışır, ədəbi dilin qayda-qanunlarına riayət etmir. Amma riayət edənlər də var". 

Digər müğənni Nazpəri Dostəliyeva isə bildirir: "Azərbaycan dilini korlayanlar əsasən, rusdilli insanlardır. Onlar da hər sahə də çalışır. Bu fikri sırf incəsənət insanlarına aid etmək doğru olmazdı". 

Aktisa Naibə Allahverdiyeva məsələ ilə əlaqədar qeyd edir: "Bəzi savadsız, küçədən gələn, məktəb görməyən müğənnilər var. Seriallarda da dil qaydalarını pozanlara rast gəlmək mümkündür.  Seriallarda da küçədən gətirilən adamlar çəkilirsə, belə hallar yaşanar.  Bəzi rejissorlar kino və ədəbi dildən uzaqlaşıblar. Küçə danışığnı kinoya gətirmək də təbiilik deyil. Kamal Abdullanın sözündə müəyyən mənada həqiqət var. Pozulmuş Azərbaycan dilinə baxanda mən özüm də əsəbləşirəm. Ancaq bu dili korlayan müvafiq təhsil alan, dilin saflığına hər zama nönəm verən aktyorlar və aktrisalar deyillər. Elə bir adam bəzənr seriallara ssenari yazır ki, onların ümumiyyətl,ə dramaturgiyadan xəbərləri yoxdur. Adamın gülməyi gəlir. Rejissorlar, ssenaristlər təsadüfi insanlar olanda əlbəttə, belə olacaq. Biz özümüz bəzən elə bərbad dərəcədə tərcümə olunmuş əsərləri öz dilimizdə düzəldib, oynayırıq ki...".







Sizin Reklam Yeriniz