Mövqe.az-ın məlumatına görə, La Liqanın 4-cü turunda keçirilən Barcelona və Sevilya oyunu maraqlı anları ilə yadda qalıb. Kataloniyalılar oyunun son dəqiqəsində özlərini xilas edə biliblər. Belə ki, oyun əvvəldən Barcelonanın xeyrinə başlasa da, sonradan sevilyalılar hesabı bərabərləşdirə biliblər. Lakin oyunun sonuncu saniyəsində Barcelona hücumçusu Sançesin vurduğu qol komandanı xilas və qalib edib. Oyundan sonra ən maraqlı hadisə isə dünya şöhrətli müğənni Şakiranın oğlu Milanla birlikdə meydançaya çıxaraq həyat yoldaşı Jerard Pikeye dəstək olması olub.
Xatırladaq ki, Kataloniyanın "Barselona" klubunun və İspaniya yığmasının mərkəzi müdafiəçisi Jerard Pike və Şakiranın oğlu 22 yanvar 2013-cü ildə doğulub. Körpəni Milan Pike Meberak adlandırıblar.