Əlaqə Arxiv
news Image
2013.09.16
16:17
| A A A
Aygündən tərif: "Nahid Emiloğlu deyəndə ağıla ilk olaraq, gözəl təşkilatçı..."

Mövqe.az-ın məlumatına görə bu gün "ATV" tele-kanalının "Gün keçir" verlişində qonaq olan xalq artisti Aygün Kazımova və türkiyəli müğənni Sinan Akçil maraqlı açıqlamalar veriblər. Belə ki, türkiyəli qonaq bildirib ki, oktyabrın 16-sı Bakıda Aygün Kazımova ilə bir konsert verəcəklər. Konsertin təşkilatçısının Nahid Emiloğlu olduğu bildirilib. Bu zaman diva təşkilatçı haqqında xoş sözlər deyib: "Nahid Emiloğlu deyəndə ağıla ilk olaraq, gözəl təşkilatçı, konsertlər gəlir. Sinanın Bakıya gəlişində də Nahidin əməyi olub. Bizim konsertimiz çox gözəl alınacaq. Buna inanıram".

Qeyd edək ki, "Gün keçir" verlişinin aparıcısı Nanə Ağamalıyevadır. Verlişin yeni mövsümdə ilk buraxılışı bu gün yayımlanıb. Bugünkü proqramda baş verən digər maraqlı məqamlar barədə də Mövqe.az sizə məlumat verəcək.

Sizin Reklam Yeriniz