"F.A Vida" ilk dəfə... -VİDEO-ÖZƏL
Faiq Ağayevdən daha bir ilk...
Mövqe.az-ın məlumatına görə, bu gün 18 sentyabr Milli Musiqi Günündə "Lider" televiziyası Faiq Ağayevin solo-konsertini yayımlayacaq. İlk dəfə yayımlanan solo-konsert 2012-ci ilin 27-28-29-30 dekabr tarixlərində Heydər Əliyev adına Sarayda "F.A VİDA" adı altında keçirilib. Onu da qeyd edək ki, sentyabrın 17-də Faiq Ağayevin Xalq artisti fəxri ad almasından 5 il ötür. Bu münasibətlə o, "Space" televiziyasında yayımlanan "Sehrli Pərdə" verilişində bu yüksək adı fəxarətlə daşıdığından söz açıb, xalqa dərin minnətdarlığını bildirib: "Nə şərəf, nə fərəh mənə ki, bu gözəl məmləkətin, doğma Azərbaycanımın xalq artistiyəm". Daha ətraflı süjetdə...