Əlaqə Arxiv
news Image
2013.09.20
18:44
| A A A
Məşhur aktrisa rejissor olacaq?

Movqe.Az xəbər verir ki , Oscar mükafatlı məşhur aktrisa Keyt Blaşett, bu dəfə rejissor kürsüsünə oturmağa hazırlaşır. O, Hollandiyalı yazıçı Herman Koçun "The Dinner (Axşam Yeməyi)" adlı psixoloji gərginlik romanını ağ pərdəyə köçürəcək. Bəzən valideynlərin uşaqlarını qorumaq üçün həddindən artıq dərəcədə irəli getməsini anlatan roman, Oren Moverman tərəfindən senaryolaşdırılacaq. Prodüserliyini Eva Maria Daniels və Olga Seguranın boynuna götürəcəyi filmdə Blanşettin rolu olacağı hələlik bilinmir.  

 Keyt Eliza Blanşett 1969-cu il mayın 14-də Avstraliyanın Melburn şəhərində anadan olub. Atası Robert Blanşett əslən Texasdan olub, dənizçi zabiti idi. Keytin 10 yaşı olanda atası ürək xəstəliyindən vəfat edir və üç uşağın - Keyt, böyük qardaşı Bob və kiçik bacısı Jenevyevanın yükü ananın çiyinlərinə düşür. Keyt Melburnda, Qadın Metodika Kollecində təhsil alıb, sonra isə Melburn Universitetində təhsilini davam etdirib. O, tezliklə təhsilini yarımçıq qoyur və İngiltərəyə səyahət edir. Vizasının vaxtı bitdikdə Keyt Misirə yollanır və burada mehmanxana qonaqlarından biri ona Misir filmində bir səhnəyə çəkilməyi təklif edir. Keyt pula ehtiyacı olduğu üçün təklifi qəbul edir. Bu təsadüfi rol onun üçün teatr və kino səhnəsinə gedən yolun başlanğıcı olur. 

Sizin Reklam Yeriniz