Əlaqə Arxiv
news Image
2013.09.27
12:34
| A A A
Mehriban Xanlarova: “Namiq Qaraçuxurlu ilə bu gün bütün düyünləri çözəcəyik...” - ÖZƏL
Əməkdar artist Mehriban Xanlarovanın meyxanaçı Namiq Qaraçuxurlunu hədələməsi, döydürməsi xəbəri artıq neçə gündü gündəmdən düşmür. Hətta qalmaqaldan təsirlənən meyxanaçı Namiq Qaraçuxurlunun dünən xəstəxanaya yerləşdirilməsi barədə də məlumat verilib. Mövqe.az-ın məlumatına görə, aktrisa Mehriban Xanlarova və meyxanaçı Namiq Qaraçuxurlu bu gün ATV telekanalında yayımlanan "Ümid var" verlişində məsələyə aydınlıq gətirəcəklər. Bu barədə Mövqe.az-a aktrisa özü məlumat verib: " Hələlik heç bir açıqlama vermək istəmirəm. Ancaq bu gün "Ümid var" verlişində bütün olanlara aydınlıq gətiriləcək. Səbəblər açıqlanacaq, düyünlər çözüləcək. Mən və Namiq bu gün "Ümid var" verlişində qonaq kimi iştirak edəcəyik".
Sizin Reklam Yeriniz