Bu gün yalnız hit mahnılar müəllifi, bəstəkar, aparıcı bir sözlə universal insan Murad Arifin ad günüdür. Mövqe.az-ın məlumatına görə aparıcı bu gün 32-ci baharını yaşayır. Onu bu münasibətlə bütün dostları, sənət yoldaşları təbrik edib.
Məlumat üçün qeyd edək ki, Murad Arif 27 sentyabr 1981-ci ildə Sumqayıtda anadan olub. İlk öncə Sumqayıt şəhər 15, sonra isə 28 saylı məktəbdə oxuyub. 2002-ci ildən ölkənin bir çox radio və televiziyalarında DJ və aparıcı kimi çalışıb. Murad Arif ad günündə 5 il sevdiyi Cəmilə Muxtarova ilə ailə həyatı qurub və bir oğlu var.
Hal-hazırda isə Murad Arif "Lider" televiziyasında ən reytinqli, baxımlı verlişlərdən biri olan "Solo" verlişinin aparıcısıdır.
Biz də öz növbəmizdə Mövqe.az adından Murad Arifi təbrik edib, uğurlar arzulayırıq. Muradın doğum gününü təbrik edir, xoşbəxtlik arzu edirik!