Sevilən müğənni Kərim Abbasov sosial şəbəkədə yazdığı sonuncu statusu ilə əksəriyyəti şoka salıb. Müğənni sanki vidalaşırmış kimi, qəlbini qırdığı şəxslərdən halallıq alıb. Mövqe.az sənətçinin yazdığı statusu sizə təqdim edir:
"Yola çıxanda çox düşünürəm, bütün keçdiyim bu ömrümü gözümün qabağından keçirdirəm. Nə etdim, nələrə nail oldum?! Kimin üçün yaxşı qardaş, kim üçün yaxşı övlad, kiməsə yaxşı həyat yoldaşı, kiməsə xoşagəlməz oldum. Amma bir onu bilirəm ki, Allahımı tanıyan, onu sevən, onun buyurduğlarına bacardığım qədər riayət edən bir Kərim oldum. Tək olmadım. Sizin kimi məni sevən və mənim sənətimə, mənliyimə hörmət edən dostlar qazandım. Dağ boyda qardaşımı cavan yaşında qara torpaq əlimdən aldı. Amma məni özlərinə qardaş bilən dostlarımın sevgisi yaşatdı. Azərbaycan Respublikasında layiqli özüməməxsus yer tutdum. Çox şükür bu günümə... Sağ olun ki, varsınız dostlar! Ola bilər ki, son yazışımdır, həyatdır hər şey ola bilər. Bir xahişim var. Ola bilər ki, kiminsə xətrinə dəymişəm, kiminsə qəlbini qırmışam, kiməsə pis olmuşam, kimisə üzmüşəm. Sizə qurban olum haqqınızı halal edin. Öpürəm sizi. Nə yaxşı ki varsınız".