Azərbaycanın ən tanınmış modelləri oktyabrn ilk həftəsində bir araya toplaşacaq.
Səni də, məşhur edəcəyik! Məşhur olmaq istəyənlər üçün əla fürsət...
Mövqe.az-ın məlumatına görə, son zamanlar Azərbaycanda bir çox serialların, reklam çəklişlərinin və bədii filmlərin sürətli çəkilişlərinin başlanması ilə əlaqədar olaraq yeni simalara, yəni yeni modellərə tələbat artıb. Bununla əlaqədar olaraq "High Life" Fashion & Model Academy-nin təşəbbüsü ilə təşkil olunan "Yüksək həyat" New Face 2013 layihəsinə start verildi.
Bu barədə Mövqe.az-a "High Life" Fashion & Model Academy- nin baş direktoru təşkilatçı Aqil Məmiyev açıqlama verib: "Şirkətin Prezidenti Mübariz Allahverdizadə ilə layihəni təşkil etməkdə məqsədimiz kino, serial, klip və reklam çəkilişləri üçün güclü aktyor və model bazası yaratmaq və yeni simaları ictimaiyyətə tanıtmaqdır. Azərbaycanın ən tanınan Modelləri ilə yanaşı Model olmaq istəyən gənclər üçündə kastinq nəzərdə tutulub. Kastinqdən keçənlər və münsiflər tərəfindən bəyənilən ilk 5 nəfər möhtəşəm proyektdə iştirak etmək şansı qazanacaq".
Təşkilatçı onu da qeyd edib ki, tədbirdə ən çox Fashion, Casual, Urban, City view və.s çəklişlərə üstünlük veriləcək.Tədbir tanınan fotoqraf "Vogue Agency" -nin direktoru və şirkətimizin baş fotoqrafı Cəlal Hümmətov tərəfindən çəkiləcək. Layihənin seçilmiş şəkilləri Azərbaycanın ilk Fashion (moda) dərgisi olan "Moda plus " jurnalında yerləşdiriləcək. Layihədə iştirak etmək istəyən hər kəs bizə müraciət edə bilər.
Mob: (050) 535-38-45 E-mail:
Qeyd edək ki, informasiya dəstəkçisi Mövqe.az saytıdır.