Əlaqə Arxiv
news Image
2013.10.01
12:02
| A A A
Aktyorlar “Mehriban və Namiq”in serial piarını «top tüfənglə» qarşıladı-Eksklüziv
Rasim Balayev: «Bu tamaşaçını ələ salmaq, “dolamaqdır”...»

Afaq Bəşirqızı: "Tamaşaçıların zövqünü o qədər korlayırlar ki, piar onun yanında heç nədir"


Tariyel Qasımov: "Belə ucuz variantlarla tamaşaçı toplayırlar"


Anar Heybətov: "Əgər serial uğurludursa, oyun oynamağa ehtiyac olmur"




Bir neçə gündür ki, şou-biznes aləmində müzakirə predmetinə çevrilən məsələlərpdən biri də aktrisa Mehriban Xanlarova və meyxanaçı Namiq Qaraçuxurlu arasında olan qalmaqalla bağlıdır. Ancaq sonradan məlum oldu ki, bu, sadəcə, serialın, necə deyərlər, piarı üçün rejissorun düşündüyü addımdır. Bu məsələnin şayiə olması barədə xəbər yazılandan dərhal sonra serialın kollektivindən adının açıqlanmasını istəməyən şəxs də Mövqe.az-a açıqlama vermişdi. Lakin bu barədə tamaşaçıların narazılığı səngimir. Məsələn, tamaşaçlardan biri yazır: "Namiq və Mehriban arasında olan dava zamanı hamımız həyacanlandıq. O, xəstəxanaya düşmə xəbəri yayılanda həyəcan keçirdik, narahat olduq. Sən demə, bunlar hamısı yalan imiş. Bir serialın reklamı üçün edilmiş tanıtım imiş. Bu nə dərəcədə düzdür? Camaatın hissləri ilə oynamaq, fanatları narahat etmək olar?! Daha sonra Namiqin prodüsseri Ataş deyir, daha onla işləmirəm. Sonra açıqlama verir ki, zənglərdən bezdiyi üçün belə edib. Baxın, bu oldu milləti dolamaq, əsəbləşdirmək. Heç baxmadan seriala izləmək həvəsim öldü. Bu cür reklam kimə, nəyə lazımdır axı?!".

Mövqe.az məsələ ilə bağlı kino və teatr aləmində söznü demiş insanların da fikrini öyrənib:


Xalq artisti, tanınmış aktyor Rasim Balayev qeyd edir: "Bu nə tərbiyəsizlikdir axı?! Serialda, kinoda baş verən hadisə ilə reklam qazanmaq olmaz. O hadisələr filmdə baş verir.

Bu savadsızlıqdır, bu səviyyəsizlikdir. Bu tamaşaçını ələ salmaq, "dolamaqdır"... Milləti ələ salırlar. Tamaşaçılara yazığım gəlir. Gör onlara kimlərin məsxərəsinə çevrilirlər, kimlərə baxırlar? Tamaşaçını çaşdırırlar. Biz görmüşdük ki, sənət dalınca getsin hamı. Bugünkü seriallarda sənət adlı bir şey yoxdur. Bu gün efirdə yayımlanan filmlər, seriallar, verlişlər bizim milləti aşağılıyır, gözdən salır. İnsan bir neçə dəqiqə baxanda öz-özünə soruşur ki, bu nə deməkdir axı, bu nədir axı?! Mən bugünkü seriallara baxmıram, çünki istəyirəm ki, bir neçə il yaşayım. O seriallara baxanda ürəyim dözmür. Fikirləşirəm, bu nə meymunçuluqdur axı?!".


Xalq artisti, aktrisa Afaq Bəşirqızınin isə mövqeyi belədir: "Tamaşaçıların zövqü ilə, tamaşaçıların hissləri ilə o qədər oynanılıb ki, piarlar nədir ki?! Tamaşaçıların zövqünü o qədər korlayırlar ki, piar onun yanında heç nədir".


Xalq artisti , aktyor Tariyel Qasımov məsəəlyə bel əmnasibət bildirib: "Piarı da normal şəkildə aparmaq lazımdır. Bu doğru deyil. Tamaşaçını ələ salmaqdır. Amma mən belə olanda televizorun kanalını dəyişirəm. Baxmıram. Çünki görürəm ki, orada mənə aid bir şey yoxdur. O cür serialların elə piarını eləyən də televiziya kanallarıdır ki, belə ucuz variantlarla tamaşaçı toplayırlar".


Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov isə bildirir: " Hamıya uğur arzu edirəm. Düşünürəm ki, bütün Azərbaycan seriallarının sonunda Azərbyacan filmi, serialı adı varsa, uğur arzulamağa dəyər. Ancaq reklam üçün doğru hesab etmirəm seriallarda baş verən hadisələri realda olmuş kimi təqdim etsinlər. Bu, fikrimcə, doğru deyil. Əgər serial uğurludursa, oyun oynamağa ehtiyac olmur. Məsələn, biz "Pərvanələrin rəqsi" serialını çəkəndə belə piar düşündük. Ancaq sonradan vaz keçdik. Çünki düşündük ki, onsuz da bizim serial uğurlu alınacaq. Həqiqətən də maraqlı serial alındı".



Sizin Reklam Yeriniz