Əlaqə Arxiv
news Image
2013.10.02
14:58
| A A A
Tolik: "Röya da elə İlhamənin bir tayıdır"-EKSKLÜZİV

Prodüser Tolik müğənni Röya Ayxanın və xalq artisti İlhamə Quliyevanın münasibətlərindən danışıb. Mövqe.az-a bu barədə danışan Tolik hər iki sənətçinin bir-birinə tay olduğunu bildirib:

"Gör Röya nə qədər savadsızdır ki, deyir ki, mən oxumuşam, özümü artıq təsdiqləmişəm. Bundan sonra mən əcəb edirəm, fonaqram ilə oxusam da mən camaatı yedizdirirəm. Bax, mən beləyəm. Tay-taynı tapar da... Röya da İlhamə Quliyevanın tayı olacaq. Necə İlhamə Quliyeva çıxıb deyir ki, mən yemirəm, yedizdirirəm. Röya da deyir ki, artıq mən özümü təsdiq etmişəm, bundan sonra fərq edəcəm. İlhamə mədəniyyətdə deyir kraliçayam, Röya da şou-biznesdə... Onsuzda bir-birinin tayıdırlar. Mən İlhamədən nə qorxuram, nə də ki, onun yanında ayıb işim var. Röya da elə İlhamənin bir tayıdır. Tolik İlhamə Quliyevanın Röya ilə yaxşı görünən münasibətindən də söz açıb: " Nə oldu mən İlhamə Quliyeva üçün tədbir təşkil edəndə, Röya heç onu sayıb, zəng edib, Allahın ad günü təbrikini belə etmədi. Nə oldu indi hər şey əladır. Sən bir üzüyün qüdrətinə baxe. Mən heç kimə nə üzüy alıb bağışlayıram nə də başqa nəsə. Heç nə demirəm bunların maskalarnı Allah üzlərindən çıxartsın!"

Xatırladaq ki, müğənni Röya Ayxan Zamiq Hüseynovun konsertində xalq artisti İlhamə Quliyevaya brilliant qaşlı üzük hədiyyə etmişdi.

Toliki əsəbləşdirən isə bu gün müğənni Röya Ayxanın onun haqqında danışması olub:



Sizin Reklam Yeriniz