Əlaqə Arxiv
news Image
2013.10.03
15:28
| A A A
Tanınmış müğənni: "Qadına yaraşmayan hissələr gərək görünməsin"-ÖZƏL

Müğənni  Yaqut Babayeva tədbirlərin birində fotokameramıza tuş gəlib.

Sənətçi Mövqe.az-ın müxbiri ilə söhbətində geyim tərzindən danışıb. Hər zaman qapalı libaslara üstünlük verən Yaqut Babayeva  açıq-saçıqlıqdan xoşlanmadığını deyib: Açıq saçıqlığı bəyənmirəm. Hər zaman geymlərimə diqqət edirəm. Yalandan qiymət deməyi də  xoşlamıram. 

Sözün düzünü desəm, muğam ifa edən, tar çalan müğənni açıq-saçıq geyim geyməməlidir. Ancaq bütün gecə paltarları dekoltedə, pridelkadadır. Bu yazıq muğam oxuyan nə geysin? Mətbəx paltarı geysin, gəlsin məclisə?! 

Yaqut xanım, sizin də geyindiyiniz paltar gecə paltarıdır, ancaq nə dekoltedir, nə də ki, pridelka...

Bilirsiz mənim də bu paltarım açıq idi. Qolu yox idi. Uzunluğu qısa idi. Yaxasında qaşları yox idi. Mən bu paltarın görünüşnü tamam dəyişmişəm. Ona görə görünüş vermişəm ki, qadına yaraşmayan hissələr gərək görünməsin. Daha doğrusu görsənməyə yaraşmayan yerlər görünməsin. (gülürük) 

Geyindiyiniz  bu paltara  nə qədər pul xərcləmisiniz?

Paltarı 180 manata almışam. 40 manat dərziyə verib, paltara düzəliş etdirmişəm. 60 manat qaşlara vermişəm. Ümumilikdə bir paltar mənə 280 AZN-ə başa gəlib. Ancaq yenə də deyirəm belə şeyləri açıqlamağı heç xoşlamıram".



Sizin Reklam Yeriniz