Əlaqə Arxiv
news Image
2013.10.08
16:37
| A A A
Sənət adamları kimə səs verəcəklər?-Eksklüziv
Oktyabrın 9-da keçriləcək prezident seçkilərində sənət adamları da fəal iştirak edəcəklər. Onların böyük əksəriyyəti artıq seçim etdiklərini, bunu açıqlamaqdan çəkinmədiklərini bildirirlər. Bəzi sənətçilərin bu xüsusda mövqelərini sizə çatdırırıq: 

 Xalq artisti Faiq Ağayev: "Bəli, seçkidə iştirak edəcəm. Səsimi birmənalı olaraq İlham Əliyevə verəcəm. Yasamalda seçki məntəqələrinin birində səs verəcəm. Vətəndaşlar arasında ictimai fəallıq yüksək səviyyədədir, bundan məmnunam". 

Müğənni Röya Ayxan: "Səsvermədə iştirak edəcəyəm. Nərimanov rayonunda olan seçki məntəqələrinin birində səs verəcəyəm. Səsvermə gizli keçirildiyi üçün namizədimin adını açıqlamıram". 

Tanınmış prodüser Tolik: "Seçkidə iştirak edəcəm və İlham Əliyevə səs verəcəm. 2004-ci ildən YAP-ın üzvüyəm. Özü də fəal üzvlərdənəm. İşlədiyim müğənni Sevda Yəhyayeva da sabah seçkidə iştirak edəcək. O da İlham Əliyevə səs verəcək. Sevda da 2012-ci ildən YAP üzvüdür. Düşünürəm ki, cənab prezidentdən başqa bizi bu cür dünyaya tanıtdıran kimsə ola bilməz. Neçə illər əvvəl əcnəbi sənət adamlarına Azərbaycandan danışanda ölkəni tanıdana qədər zülm çəkirdik. İndi isə xaricdə Azərbaycanı hamı tanıyır. Bunlar çox əhəmiyyətli məsələlərdir. Ölkəmiz, dövlətimiz günü-gündən inkişaf edir". 

 Xalq artisti Nazpəri Dostəliyeva: "Prezident İlham Əliyevə səs verəcəm. Ölkədə seçkilərlə bağlı ictimai aktivliyi yaxşı qiymətləndirirəm. Özüm də səsverməyə Nəsimi rayon seçki məntəqəsində qatılacam". 

 Əməkdar artist Elza Seyidcahan: " Təbii ki, İlham Əliyev cənablarına səs verəcəyəm. Ayın 19-dan "Uğura doğru" layihədə ən aktiv iştirak edən məşhurlardan biri də mənəm. Özüm və ailə üzvlərim Nəsimi rayon seçki məntəqəsində səs verəcəyik. Ətrafımda olan hər kəs İlham Əliyev deyir. İnsanlar bu qədər gözəllikləri, inkişafı görürlər və layiqli namizədə səs verəcəklər. Məni sevənləri də İlham Əliyevə dəstək olmağa çağırıram". 

Müğənni Xatirə İslam : "Seçkidə iştirak edəcəyəm. Səsimi cənab prezidentə verəcəyəm. Nərimanov rayonundakı seçki məntəqəsinə gedəcəm". 

Müğənni Əli Mirəliyev: " Əlbəttə, sabah seçkiyə gedəcəyəm. Mən İlham Əliyevə rəqib namizəd görmürəm". 

Aşıq Namiq Fərhadoğlu: "Bizim bir prezidentimiz var. O da İlham Əliyevdir Aşıq sözünü belə tamamladı: 

Xalqım bəxş eyləyib ulu Heydəri 

Adına bağlıdır Ceyhan kəməri 

 Yurdumuz işığa, nura qərq olub 

Xalqını bəzəyən rəhbər sağ olsun 

İlham cənabları daim var olsun! ". 

Aparıcı Cavid Gül : "Seçki məntəqəsinə günün birinci yarısında gedəcəm. Xətai rayonunda 17 saylı seçki məntəqəsində səs verəcəm. Yeganə namizəd, əlbəttə, İlham Əliyevdir. Bütün ailəm, dostlarım, ətrafımda olan insanlar, tanışlar seçkiyə qatılacaq, dediklərinə görə İlham Əliyeva səs verəcəklər". 

 Model Səbinə Allahverdiyeva: " Əlbəttə, hər bir vətəndaş kimi mən də seçkidə iştirak edəcəyəm. Səsimi İlham Əliyev cənablarına verəcəyəm. Düşünürəm ki, ölkəmiz daha da inkişaf edəcək".


Aparıcı Şəhriyar Əbilov: " Nə cür fəallıq olursa olsun əsas Vətənə faydalı olsun. Mən həmişə olduğu kimi yenə də İlham Əliyevə səs verəcəm". 


Sizin Reklam Yeriniz