Əlaqə Arxiv
news Image
2013.10.14
13:02
| A A A
Aybəniz Haşımova:"İlhamə xanım əslində heç bir tituldan aslı sənətkar deyil"

Əməkdar artist Aybəniz Haşımova xalq artisti İlhamə Quliyevanın şəninə  xoş sözlər səsləndirib. Belə ki, müğənni İlhamə Quliyevanı böyük sənətkar, canlı qəhrəman adlandıraraq onun heç bir titula ehtiyacı olmadığını bildirib. Bu barədə sosial şəbəkədə status yazan A. Haşımova Şöhrət ordenli İlhamə Quliyevanı əvəzsiz sənətkar adlandırıb. Statusu olduğu kimi sizə Mövqe.az təqdim edir:

İlhamə xanım, hər zaman öz gözəl səsiylə özünəməxsus, heç kəsə bənzəməyən ifaçılıq tərzi ilə hər zaman sevənlərinin sevgisini qazanmış sənətkardı.  İlhamə xanım, iki böyük sənətkarın tərbiyəsini almış, onların böyük savadını əldə etmiş və heç zaman sevgisinə arxa çevirməyən sənətkardı. İlhamə xanım əslində heç bir tituldan aslı sənətkar deyil. İlhamə xanım, dillər əzbəri olan və heç vaxt unudulmayan, tarixə çevrilən dəyərli əsərlərin qəhrəmanıdır. Filmlərin, tamaşaların öz qəhrəmanları olduğu kimi nəğmələrində qəhrəmanları var. İlhamə xanım saysız hesabda qiymətsiz əsərlərin, nəğmələrin canlı tarixi və qəhrəmanıdır.O ki, qaldı İlhamə xanıma təltif olunan mükafatlara bunlar hər bir sənətkarın  zəhməti və sənətinə olan diqqətdir. Əslində İlhamə xanımın ən böyük mükafatı , birinci növbədə onun böyük sənə övladı olmağı və onun özünün sənətkar təsdiqidir.  İlhamə xanım, bu illəri öz zəhməti ilə qazanıb. Mən İlhamə xanımın ifa etdiyi "Göy-göl" nəğməsini hər dəfə eşidəndə onun sesinin diapozonuna və cingiltili avazına heyran qalıram. Bu Allah vergisidir. Belə səslər hər zaman dünyaya gəlmir. Zövqlər müxtəlifdir. Kimsə menimlə razı ola bilər də, olmaya da bilər. Amma, mən sənətinin ən ali ifaçısı dahi Şövkət Ələkbərovadan təhsil almış bir ifaçı kimi deyirəm: "İlhamə xanım Quliyeva əvəzssiz sənətkardır. Onun ən ali titulu da, məhz elə budur!

Hörmətlə:
Aybəniz Haşımova".

Sizin Reklam Yeriniz