Əlaqə Arxiv
news Image
2013.10.16
03:05
| A A A
“Təranə Səmədova bizim pulumuzu mənimsəyib”-“Şarm” qrupu-Özəl
"Şarm" qrupunun üzvləri olan Ofeliya və Flora Kərimova bacıları Movqe.az saytına eksklüziv açıqlama verib.

Xatırladaq ki, bir neçə gün öncə prodüsser Təranə Səmədovanın bacılar haqqında söylədiyi fikirlər bacıları yaman narahat edib. Bu barədə Movqe.az-a açıqlama verən "Şarm" qrupu Təranə Səmədovadan özlərinin ayrıldıqlarını iddia ediblər: " Öncə onu bildirmək istəyirik ki, bu haqda danışmaq istəmirdik, bu məsələni qayda-qanunla həll edəcəkdik. Amma sözsüz ki, cavabsız qalmaq fikrimiz də yoxdur! Bəli, biz Təranə xanımla ayrılmışıq, o bizdən deyil, biz ondan ayrılmışıq. Təranə xanımın bizim üstə şükür ediləsi bir işi olmadı. 4 ay ərzində o, bizim pulumuzu mənimsəyib və o pulun qarşılığında heç bir iş görmədi. Biz 7 il ərzində kifayət qədər tanınmışıq. "Atv" telekanalında yayımlanan "Yeni Ulduz" və "Qrup nömrə 1" layihələrində iştirakımız olub. Əgər bizə təlabat olmasaydı o, bizimlə çalışmazdı. Biz onun dediyi kimi tanınmamış bir qrup idiksə bu bir prodüser olaraq onu təsdiqləyir ki, o xanım prodüser adını laiqincə doğrulda bilməyib. Biz ona bir mahnı deyil, bir neçə mahnının pulunu qazancımızdan ayırmışıq. Sadəcə Təranə xanım o, pulları bizim işimizə deyil, öz şəxsi işlərinə sərf edib. Bizim addımımız deyil, onun addımı bizi əsəbləşdirib. Bu müddət ərzində onun çox saylı pulsuz toy və tədbirlərinin ardı-arası kəsilmədi və biz etirazımızı bildirdik. Nədənsə bizim son günlər pulsuz tədbirlərə getməməyimiz onda qıcıq yaradırdı. Bizim bu pulsuz tədbirlərə ehtiyacımız olmadığından və onun bir prodüser kimi bizim piar işlərimizlə məşğul ola bilmədiyindən və eyni zamanda onun bir neçə müğənni iləçalışdığından məhz biz bu iş birliyinə son qoyduq! Bizim Təranə ilə iş birliyimiz vaxtımızı və pulumuzu aldığından sənətimizdə durğunluq yarandı,inşallah yeniliklərimizlə fanatlarımızı sevindirəcəyik. Bir prodüserin bir müğənnidən ayrılmağı müğənninin haqsız olduğunu deyə bilər. Amma bir prodüsserin bir neçə müğənni ilə ayrılığı artıq onu bildirir ki, problem müğənnidə yox, elə məhz prodüsserin özündədir! " Xatırladaq ki, prodüsser Təranə səmədova bir neçə gün əvvəl Şarm qrupu haqqında Geccə.az-a bunları bildirb: "Şarm qrupundan öz istəyimlə ayrıldım. Çünki heç bir yerdə tanınmayan bir qrupla işləmək heç də asan deyil. Onların tanınmaqları üçün Pərviz Mahmudovdan, Aynur Adilqızından mahnılar almışdım. Vokal müəllimi belə tutmuşdum. " Prodüsser Təranə bildirib ki, qrupdan ayrılmasının səbəbi qrup üzvlərinin naşükürlük etməsi olub: " Mən naşükür insanları sevmirəm. Efirə çıxmaqlarına az qalmış atdıqları bu addımı isə qəbul etmədim və ayrıldım."

Sizin Reklam Yeriniz