Əlaqə Arxiv
news Image
2013.10.17
12:37
| A A A
Təranə ilə "Şarm" qrupu arasında pul qalmaqalı böyüyür:"Qızların məndə 4404 manat pulları var idi"

"Şarm" qrupunun üzvləri olan Ofeliya və Flora Kərimova bacıları  ilə prodüsser Təranə Səmədova arasında yaşanan qalmaqal daha da alovlanmaqdadır. Ofeliya və Flora Kərimova bacıları  Təranə Səmədovanın onların pulunu mənimsəməsini bildirməsindən sonra yenidən məsələyə qayıdan Təranə Səmədova Mövqe.az-a açıqlamasında aşağıdakıları bildirib: "Bu qalmaqal olmamışdan öncə siz "Şarm" qrupunu tanıyırdınızmı? Bildirirəm ki, Röyanın qardaşı İsmayıl Nəcəfovla çəkdirilən fotossesiyadan sonra ilkin təəssüratım yarandı. 

İsmayıl Nəcəfovla çəkilən fotosessiyanın müəllifi mənim yaxın dostum Kəmalə Hüseynovadır. Fotossesiyanın 5 min manatadək qiyməti var. O qızların əyninə hazırlanan geyimləri də elə yaxın dostum Araz Babayev tərəfindən hazırlanıb və fotosessiyada iştirak edən İsmayıl Nəcəfov da elə mənim yaxın dostlarımdan biridir. Hətta mətbuata yalan bir informasiya sızmışdı ki, həmin fotosessiyaya Günay İbrahimli dəstək olub. Xeyr, Günayın bu məsələyə heç bir aidiyyatı yoxdur. Həmin fotossesiyanın müəllifi K. Hüseynova olsa da, fotosessiyanı həyata keçirən icraçı prodüssser mən olmuşam. Bu da o deməkdir ki, siz Kəmalə xanımın və mənim hesabıma o qrupu tanımısınız. Mən 20-30 saytdan xahiş edib, o şəkilləri yayımlatdırmışam. Minnət götürə-götürə kimlərəsə ağız açmışam ki, tanınmamış bir qrupun fotoları yayımlansın. Çünki, maraqlı fotosessiya olduğu və həm də qrupun icraçı prodüsseri mən olduğum üçün xəbərin işıqlanmağına köməkçi olmuşam. Mən onlara musiqisi Pərviz Mahmudovdan, sözləri Aygün İsmayılovaya aid olan mahnı almışam. Mahnının oranjmanını da artıq Elvin Musayev bitirirdi. Mahnı hazır olanda isə qızların vokal imkanları yerində deyildi. Onlara vokal müəllimi tutdum. Qızlar deyir ki, onların pullarını mənimsəmişəm. Qızların məndə 4404 manat pulları var idi. Yetərincə tanınmış prodüsser olduğum üçün aylıq mənim qonararım təxminən 1000 manat olmalıdır. 4 ay da qızlarla çalışmışam və beləliklə 4000 manat hesablanır. Hesablasaq, qızların mənə borcu qalır. Mən o qrupu nə bibim qızının, nə də ki, dayım qızının toyuna aparıb oxutdurmamışam. Bəzi jurnalist dostlarım, televiziyada çalışan dostlarım xahiş ediblər və məndə qızları ora göndərmişəm. Həmin jurnalistlər də qarşılığında onlar haqqında informasiya yazıblar, efirə çıxarıblar. Mənəviyyatdan, şəxsiyyətdən xəbəri olmayan o cür insanların müsahibəsini vermək nə dərəcədə doğrudur axı?! Hətta onların bu gün adlarının hallanması da elə mənim adımla bağlıdır. Mən onları sənətlə, mahnıları ilə gündəmə gətirmək istəyirdim. Mən onlar üçün Pərviz Mahmudovdan, Məlahət Kərimlidən, Aynur Adilqizindan mahnı götürmüşdüm. Sözləri Azər Şirindən olan vətənvərpər mahnının sözlərini verəcəkdim ki, Aynur Adilqızı yazsın. Efirlərə çıxmaq üçün 10 dəqiqəlik popurilərini yığdırmışdım. Bunlar hamısı bəs xərc deyil?! Hesablasan onların mənə borcları var. O qızlar haqqında məndən soruşublar cavab vermişəm. Yoxsa mən onlar haqqında danışası da deyildim. Belə gündəmə gələsi qızlar idilərsə, əvvəldən hansısa saytlara çıxardılar da... Mənim adımın hesabına niyə saytlara çıxırlar ki?!".


Sizin Reklam Yeriniz