Əlaqə Arxiv
news Image
2013.10.18
13:40
| A A A
Vokal səsə malik olan müğənniyə Türkiyədən təklif var-Fotolar

İstedadlı müğənni Cəvahir Abdulovaya bu günlərdə Türkiyədən yaradıcılıq təklifi gəlib. Orada keçirilən müsabiqələrin birində iştirak edən sənətçinin səsi bəyənilib. Musiqi şirkətləri onunla çalışmaq niyyətini açıqlayıb və sənətçiyə əməkdaçlıq təklifi ünvanlayıb.

Mövqe.az-ın məlumatına görə, Cəvahir xanım təklifi dəyərləndirmək niyyətindədir. Amma buna qədər Azərbaycanda imzaladığı müqaviləyə əsasən bir necə sənət işlərinin həllini başa vurmalıdır. Bunlar yekunlaşandan sonra onun Türkiyəyə sıx səfərləri başlayacaq. Sənətçinin ilk öncə disk çıxarılacaq. O, daha çox Azərbaycanı müsabiqələrdə təmsil etməyə maraqlıdır. Vokal səsə malik olan C.Abdulova həm də milli üslübda oxumaq imkanının olduğunu bildirdi. Bu səbəbdən də o, həm estrada, həm də milli üslübda olan müsabiqələrdə ölkəmizi təmsil etmək bacarığının olduğunu açıqlayıb.

Xatırladaq ki, sənətçi A.Zeynallı adına Musiqi Kollecində vokal sinfini bitirib, daha sonra Azərbaycan Milli Konservatoriyasının məzunu olub.

Sizin Reklam Yeriniz