Əlaqə Arxiv
news Image
2013.10.18
17:17
| A A A
Azərbaycanın Sultan Süleymanı hərəmi ilə - FOTOLAR

Tanınmış teleaparıcı Səxavət Nurun müğənnilər Günay İbrahımli və Aysel Babayeva ilə birgə Sultan Süleyman və hərəmi görünüşündə bir neçə gün öncə sosial şəbəkələrdə yayılan fotosessiyasının əsl anlamı nəhayət ki, müəyyənləşdi. Ötən gün məşhur aparıcı Səxavət Nur bununla bağlı İnstagram və Facebook səhifələrində üzərində "Kesinclickle" yazılmış bir neçə şəkil paylaşsa da yenə də işin mahiyyəti insanlar üçün müəmmalı olaraq qalırdı.


Əldə etdiyimiz məlumata görə, teleaparıcının müğənnilərlə birgə tarixi geyimlərdə çəkdirdikləri fotosesiyanın anlamı Kesinclickle-in Azərbaycan üçün nəzərdə tutulmuş onlayn alış-veriş portalı olan www.kesinclickle.com saytının "Harem Style" fotosesiyasındadandır. İstanbulda Osmanlı sarayında çəkilmiş fotosesiyanın ideya müəllifi Yusuf Eren Yalçındır.


Maraqlı fotosessiya haqda aparıcı fikirlərini bölüşüb: "Milli geyimləri sevirəm. Mənim öz qarderobumda hələ Muğam müsabiqəsi üçün tikdirdiyim milli geyimlərim var. Amma Osmanlı dövrünə mənsub geyimlərdə fotosessiya ürəyimcə oldu. Özümü çəkiliş müddətində Osmanlı şahzadəsi kimi hiss etdim. Tarixi janrda çəkilən film və ya serialda rol almaq ən böyük arzularımdandır. Günay və Aysellə Bakıdan kənarda iş prosesində olmaq çox zövqlüdür. Qızlar kaprizsiz və çox mehribandırlar. Ən əsası çox istedadlıdırlar. Fotosessiyanin backstage varianti isə bu günlərde hazır olacaq".

Sizin Reklam Yeriniz