Əlaqə Arxiv
news Image
2013.10.20
22:17
| A A A
Günay İbrahimli canlı yayımda biabr oldu!-Özəl
Müğənni Günay İbrahimli Azərbaycanın xalq artisti məşhur bəstəkar Xəyyam Mirzəzadəni tanımayıb. Bu barədə müğənni utanmadan, gülərək canlı yayımda etiraf edib: "Bəli, mən Xəyyam Mirzazadəni tanımıram. Bunu utanmadan boynuma alıram. Tanımıram deyirəm ki, tanımıram". Məlumat üçün bildirək ki, Günay İbrahimli özü məlumat verdiyinə görə, artıq üçüncü təhsilini Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universtitetinin estrada müğənniliyi fakültəsində alır. Müəllimlərindən biri də Yalçın Rzazadədir. Ancaq "Açıq söhbət" verlişində qeyd olunduğu kimi, müğənni dərslərdə iştirak etmədiyi üçün Azərbaycanın məşhur bəstəkarını tanımayıb. Müğənninin bu hərəkəti verlişin aparıcısı Elçin Əlibəyli və digər musiqi savadı olan insanlar,, jurnalistlər hətta adi tamaşaçılar tərəfindən təəccüblə qarşılanıb.
Sizin Reklam Yeriniz