Bakıda “Helloween” şousu olacaq
Bakıda ilk dəfə Avropa
və Amerikanın ən böyük bayramlarından
biri olan "Helloween" bayramı keçiriləcək. Movqe.az-ın
məlumatına görə
ənənəvi bayram şousu oktyabrın 30-da Novxanı
qəsəbəsi Xəzər dənizinin sahilində
- Af hotel Aqua Parkda qeyd
ediləcək. Bayram şənliyində tamaşaçıları
sevilən
DJ və müğənnilərin iştirakı ilə
konsert proqramı, illüziya şousu, st-up
comedy şou, rəqslər, müxtəlif əyləncəli yarışmalar və
hədiyyələr gözləyir. "Helloween"in
özəlliklərindən biri də
hər kəsin maska
ilə qatılmasıdır. 20 manat olan bilet alan qonaqlara
maskalar təqdim ediləcək. Şənliyin təşkilatçıları Ramin
Şövkətov
və Nərgiz Mirəzyevadır. Saat 18:00-da başlayacaq şou
23:00-dək
davam edəcək.
Qeyd edək ki, "Helloween" hər il 31 oktyabrda qeyd edilən müasir balqabaqlar bayramıdır. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanıb. Bu bayram -hazırda dünyanın müxtəlif ölkələrində qeyd edilir. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrdində təntənəli şəkildə keçirilir.