Əlaqə Arxiv
news Image
2013.10.23
22:30
| A A A
Məleykə Əsədova vəzifəsini itirən bir neçə tamaşasına sponsorluq edən məmur dostundan danışdı

Movqe.az publika.az saytına istinadən xəbər verir ki ,xalq artisti Məleykə Əsədova prezident İlham Əliyevin yeni hökumət üzvlərinin təyinatı ilə bağlı sərəncamına münasibət bildirib: "Azərbaycanın bir nəfər layiqli prezidenti var o da İlham Əliyevdir.İlham Əliyevin bu ölkə üçün gördüyü işlər göz qabağındadır.Hər şeyin yaxşısını İlham Əliyev özü bilir.Prezidentimiz indi vəzifəyə kimləri layiq görübsə ,deməli bu, düzgün addımdır. Mən də bir sənətçi kimi İlham Əliyevin atdığı bütün addımları dəstəkləyirəm.Prezidentimizin dəstəkçisi kimi ,onun yeni təyinatlarını da ,müsbət qiymətləndirirəm." Aktrisa Aydın Bəşirovun vəzifəsindən azad olunması ilə bağlı suala isə belə cavab verib : " Prezidentimiz özü hər şeyi yaxşı bilir.Əgər o belə məsləhət bilibsə ,deməli belə də olmalıdır.Aydın müəllim ləyaqətlə çalışıb.Allah hər kəsin ,o cümlədən Aydın müəllimin yolunu açıq etsin." Xatırladaq ki , Aydın Bəşirov rəis olduğu müddətdə bir neçə dəfə M.Əsədovanın baş rol aldığı tamaşalara rəsmi sponsorluq etmişdi.


Sizin Reklam Yeriniz