Əlaqə Arxiv
news Image
2013.10.24
00:53
| A A A
"Bütün kişilər baxımlı görünməlidir" - Elvin

Müğənni Elvin Abdullayev bütün gününü idman zalında keçirib.

Axşam.az-ın məlumatına görə, artıq çəkisindən narazı olan sənətçi arıqlamaq üçün ciddi rejimə başlayıb. O, peşəsindən asılı olmayaraq hər bir kişinin baxımlı olmasının vacibliyini vurğulayıb:

"Son vaxtlar kökəlib 73 kiloqram olmuşam. Arıqlamaq üçün ciddi idmanla məşğul oluram. Müəllimim Kamil Zeynalov xüsusi proqramla çalışır. Qısa zamanda artıq çəkidən xilas olacağıma əminəm. Bir pis xüsusiyyətim var ki, pəhriz saxlaya bilmirəm. Çörəyi çox sevirəm, onsuz yemək yemirəm. Düzdür, çoxları deyir ki, kök deyilsən. Sadəcə bir az komplekslərim var. İstədiyim çəkiyə çatmalıyam.

Baxımlı olmağı sevirəm. Kişi hansı peşənin sahibi olmasından asılı olmayaraq özünə fikir verməlidir. Özümü tam cazibədar hesab etmirəm. Amma şou-biznesin cazibədar sənətçilərindən də geri qalmıram".

Sizin Reklam Yeriniz