Əlaqə Arxiv
news Image
2013.10.25
13:55
| A A A
Səidənin keçmiş ərindən ağır ittiham: "O, mənə xəyanət edib"
Səidənin keçmiş əri: "Bu xanımdan çox çəkmişəm, bunu ona çəkdirəcəyəm".

ANS-in efirində gedən "Adam İçində" verilişində maraqlı anlar yaşanıb. Verilişin qonağı olan müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı olan Selcuqdan boşanmasının səbəblərinə qismən aydınlıq gəlib.

Səidə Dadaşova Səlcuqla sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, 4 il ərzində sənətdən ayrı düşdüyünü deyib. Səlcuqu Bakıda toylara apardığını deyən müğənni keçmiş həyat yoldaşının ittihamlarına cavab verib.

Verilişə telefon bağlantısı ilə qoşulan Səlcuq Səidə Dadaşovanın ona xəyanət etməsi səbəbindən boşandıqlarını, həyat yoldaşını məhkəməyə verdiyini və 20 min manat təzminat tələb etdiyini bildirib: "Bu xanımdan çox çəkmişəm, bunu ona çəkdirəcəyəm".

Təzminat tələb etməsinin səbəbi kimi Səidə Dadaşovanın onunla evlilikdən istifadə edib, Türkiyə vətəndaşı almaq istəməsi ilə əlaqələndirən Səlcuq psixoloji problemlə üzləşdiyini deyib.

Səidə Dadaşova isə buna cavab olarq, həyat yolşanın da ona xəyanət etdiyini bildirib

Sizin Reklam Yeriniz