Əlaqə Arxiv
news Image
2013.10.26
17:45
| A A A
Aparıcın evində gələn il toy çalınacaq

Azər Şirindən xəbər var.

Efirlərdən kənar gəzən aparıcı Gecce.az-a açıqlamasında bildirib ki, yeni planlar və layihələr gözlənilir. Bunun üçün də sadəcə olaraq bir çox şeyləri götür-qoy etməyə, düşünməyə ehtiyacım var.

"Özümü başqa sferalarda sınamaq istiyirəm. Konsertlər təşkil etmək, qısa film çəkmək yaxud da seriala çəkilmək kimi niyətlərim var. Bunun üçün də kənara çəkilib gözləməyi məsləhət bildim."


Azər Elçinlə küsülü olması barədə gəzən şaiyələri inkar etdi. "Mənimlə Elçin arasında heç vaxt küsülülük ola bilməz. Elə dünən gecə bir yerdəydik. " Son zamanlar məşhur üçlüyün- Azər, Elçin və Tərlanın birlikdə görünməməsi bu dedi-qoduların çıxmasına zəmin yaradıb. Aparıcı isə bu şaiyəni yayanları tənqid atəşinə tutub. O deyir ki, şou-biznesdə mənasız anlayışlardan biri də odur ki, işi ayırdınsa deməli dostluqda bitib. Amma heç də belə deyil. "Gələcəkdə hər birimiz başqa işlər görə bilərik. Bu ona dəlalət etmir ki, biz düşmənik. Bizim dostluğumuz, qardaşlığımız həmişəlikdir."

Hazırda Azər həmin üçlüyün birgə layihəsi olan Boris Bayramovun mətbuat katibliyini öhdəsinə götürüb.

Qeyd edək ki, Boris Elçin Cəfərovun bek-vokalıdır.


Xəbərin əvvəlində də qeyd etdiyimiz kimi, Azər gələn il toy etməyi planlaşdırır.

Şəxsi həyatı ilə bağlı sualları cavablayan aparıcı deyir ki, 30 yaşım tamam olur. Artıq evlənməyin tam vaxtdır.

Sizin Reklam Yeriniz