Əlaqə Arxiv
news Image
2013.10.26
17:15
| A A A
Kəmalədən əvvəl Vaqif Mustafayevin üç məşuqəsi...-İdris

Teleaparıcı İdris Cəfərov son günlər "Space" telekanalının rəhbərliyi ilə aralarında baş verənlərlə bağlı açıqlama verib.

"Hələlik səbr edirəm. Mənim tam stajım əmək kitabçama yazılmasa yeni faktlar söyləyəcəm. Noyabrın 11-ə qədər məcburi imzalar, böhtanlar bitməsə, hədə-qorxulara son qoyulmasa yeni faktlar açıqlayacam.
Əmək haqqlarının vaxtında verilməməsi, adı olub özü olmayan işçilər və onların maaş kartları, Kəmalədən əvvəl Vaqif Mustafayevin üç məşuqəsi, onlara alınan ev, torpaq, maşın siyahısı və yerləşdirdiyim videoçarx aysberqin görünən hissəsidir."
Sənədlərinin saxtalaşdırılmasına etiraz edən aparıcı qarşı tərəfə belə cavab verir. "13 milyon tamaşaçının gözü qarşısında işləyən İdrisin "Space"dəki iş sənədləri saxtalaşdırılıb və məni müqaviləli işçi kimi qeyd ediblər.
Xatırladım ki, müqaviləli işçidə müddətsiz vəsiqə olmur. Hələlik səbr edirəm və səhvlərini düzəltməyə də vaxt verirəm."
Azərbaycanda video rolikin "bomba" kimi partlamasından İdris uzaqda olsa da xəbərdar imiş.
"Çarx youtube-da yerləşdirildiyi gün Mustafayev utandığından otağından çıxmayıb. Elə yaşamaq lazımdır ki, sonra utanmayasan.
"Space"dən mənə cavab verən adı bəlli olmayan rəsmi kimdir? Nədən və ya kimdən qorxur? Adını desəydi bilərdik qadındır, yoxsa kişi? Kimdi axı o? O ki qaldı yaxşılıqlara... o heç öz övladına yaxşılıq etməyib. Sadəcə öz xanımlarına ev, maşın alır. Onu yaxşılığı mənə heç gərək də deyildi.
Sadəcə kişi yalan danışmaz. Mənim atamın yasına da gəlməyib, başsağlığı da verməyib. Mən Polşada olanda onun başkəsənləri mən yaşadığım ünvana gəlib, telefonuma zəng vurublar. Tapmayanda xəbər veriblər ki, İdris yoxdur. Deyib yoxdur, atasını gətirin! Deyiblər ki, atası rəhmətə gedib. Bax belə...
Ötən gün də mənim yaydığım videoçarxı vəkilinə göstərərək sual verib ki, "Necə məhkəməyə verək?" Deyib "heç cürə". Onu da bilin ki, mənim video görüntüm yüklənməmişdən öncə öz vəkilim tərəfindən təsdiqlənib."
Bütün bunlardan sonra İrdis Cəfərov arxasında kimin durduğunu da açıqlayıb.
"O ki qaldı mənim arxamda duran qüvvəyə, bəli, mənim arxamda mənim tamaşaçılarım var. Minnətdaram hər birinizə.
Youtube kanalındakı videoya da bir günə 30 000, 2 günə 40 000 baxış olubsa, budur böyük qüvvə!
Bu günlərdə xanım Kəmalə Xəlilovanın göstərişiylə işə götürülənlərin adları və maaş cədvəlini təqdim edəcəm.
Misal olaraq qeyd edim ki, proqram şöbəsinin rəhbəri 14 il "Space"də çalışmağına baxmayaraq, öz müavini, 2-3 aydı çalışan Rahib bəydən 3 dəfə az maaş alır.
Təqdim edəcəyim siyahıda telekanala gəldiyi gündən sınaq müddəti keçmədən yüksək maaşla işləyən 20-ə yaxın əməkdaş var."

Sizin Reklam Yeriniz