Əlaqə Arxiv
news Image
2013.10.28
13:25
| A A A
Azərbaycanlı müğənni:"Bu məsələni bir dəfəlik bağlayacağam!"

Məhkəmə söhbətlərindən bezən vokal ifaçısı Lətifə Soyuöz özünü mənfi ab-havadan işi vasitəsi ilə çıxardır. Yeni klipinin çəkilişlərinə başlayan müğənni ən son xəbərləri Movqe.az-la bölüşdü. Lətifə bildirir ki, klip böyük büdcəlidir: "Ciddi hazırlıq işləri gedir. Klipə kifayət qədər pul qoymuşam. Yenə də özəl geyimlər tikilir, hər biri əl işidir. "Hədəf"dən sonra insanların gözü daha böyük layihə axtaracaq. Bunun üçün çalışmalıyam ki, növbəti klipim daha da uğurlu və gözəl olsun".

Xatırladaq ki, Lətifə yeni klipini köhnə komandası ilə işləyir. Klipin rejissoru Anar Hüseynov, modelyeri Renat Ramazanovdur.

Lətifə onu da əlavə etdi ki, onu narahat edən məhkəmə söhbətinə də çox az qaldı: "Bu yaxınlarda hər şeyi açıqlayacağam. Bu məsələni bir dəfəlik bağlayacağam".

Sizin Reklam Yeriniz