Əlaqə Arxiv
news Image
2013.10.28
15:02
| A A A
Məşhur rok ulduzu vəfat etdi

Movqe.Az xəbər verir ki, ABŞ rok ulduzu, gitaristi və bəstəkarı Lou Rid dünyasını dəyişib. Rok musiqinin son 50-ci ilə damğasını vuran ən əhəmiyyətli adlarından biri olan və "Velvet Underground" qrupunun qurucusu olaraq tanınan Lou Rid, 71 yaşında vəfat edib. Spirt və narkotiklə keçən illərin ardındca Rid, ötən aylarda qaraciyər nəqli əməliyyatı olub. Əməliyyatdan sonra özünü çox yaxşı hiss etdiyini söyləyən müğənni, ən qısa zamanda pərəstişkarlarının qarşısına çıxmağı səbirsizliklə gözlədiyini belə yazmışdı. Lakin Lou Ridn qaraciyər nəqlindən qaynaqlanan bir xəstəlik ucbatından vəfat etdiyi deyilib. 

Lou Ridin öndərliyində 1965-ci ildə qurulan "Velvet Underground" qrupu, Andy Varholun atelyesində onun da dəstəyiylə "underground" musiqi növünə liderlik edəcək bir albom çıxarıb. Ridin sözlərini yazdığı, bəstələdiyi və gitarasıyla müşayət etdiyi mahnılar, "Niko" adını verdikləri albomla bazara çıxıb. Üz qapağında "Warhol" imzalı bir banan şəkilinin olduğu albomda Rid, heç çəkinmədən homoseksuallar, fahişələr və narkotik kimi bir çoxları haqqında mahnı yazıb. Maddi baxımdan çox da müvəffəqiyyətli olmayan Velvet Underground, musiqi mütəxəssislərinə görə 1960-cı və 1970-ci illərdə rok musiqisində inqilab reallaşdırıb.

Sizin Reklam Yeriniz