Əlaqə Arxiv
news Image
2013.10.28
16:46
| A A A
Maykl Ceksonun həkimi həbsdən azad olundu

Movqe.Az xəbər verir ki, məşhur müğənni Maykl Ceksonun ölümünə səbəb olmaqda günahlandırılan həkimi Konrad Murrey , 4 illik cəzasını 2 ildə tamamlayaraq vaxtından əvvəl azad edilib. Qəsdən insan öldürmə təqsirindən 4 il həbs cəzasına məhkum edilmiş Murrey, Kaliforniya əyaləti qanunlarına görə, həbsdə yatdığı hər gün 2 gün olaraq sayıldığından erkən azad olunub. Murrey, 2011-ci ildə 2 ay davam edən bir mühakimədən sonra, müğənniyə həddindən artıq dozada anesteziya dərmanı verərək ölümünə səbəb üçün həbs cəzasına məhkum edilmişdi. 2009-ci ildə Cekson üçün işə başlayan Murrey, müğənninin ölümünü araşdıran səlahiyyətlilərə verdiyi ifadədə,Ceksonun yuxusuzluq problemini müalicə etmək üçün, müğənniyə Propofol adı verilən dərmanı gündəlik olaraq verdiyini bildirib. İstintaqı icra edən prokuror, Ceksonun vəfat etdiyi gün həkimin dərmanı Ceksonun damarına ötürdükdən sonra müğənniylə maraqlanmadığını iddia etmişdi. Murriyın vəkilləri isə ,Ceksonun dərmanı öz başına aldığını iddia etmişdi. Konrad Murrey , həbsxanada verdiyi bir reportajda , Ceksonun ölümünə səbəb verdiyi iddiasını rədd etmiş və ölümündən 3 gün əvvəl Ceksonu dərmanı istifadə etməməyə razı saldığını demişdi. Maykl Ceksonun ailəsi isə həkimə verilən cəzanı az görərək, ikinci dərəcədən cinayətlə mühakimə edilməsini tələb etmişdi.


Sizin Reklam Yeriniz