Əlaqə Arxiv
news Image
2013.10.29
22:39
| A A A
Rəssam Rambo

Movqe.Az xəbər verir ki, Rambo, Rocky kimi rollarla tanınan ABŞ-lı məşhur aktyor 67 yaşlı Sylvester Stallone Rusiyanın St. Peterburq şəhərindəki dövlət muzeyində şəkil sərgisi açıb. Yüzlərlə insan, sərginin ilk günündə muzeyin qarşısında toplaşıb. 2014-ci ilin fevral ayına qədər açıq qalacaq sərgidə aktyorun 1975-ci ildən bu yana etdiyi 36 əsəri sərgilənir. Stallone, mətbuatın sıx maraq göstərdiyi sərgidə etdiyi çıxışında "Peşəmi hər şeydən çox sevirəm. Özümü bundan daha yaxşı xəyal edə bilmirəm "deyib. Muzey direktoru Vladimir Gusev isə aktyorun əsərlərinin, həvəskar işi olmadığını, ehtiraslı bir şəxsin xarakterini əks etdirdiyini söyləyib. Stallonenin filmlərinin Sovet düşməni olduğunu söyləyən bəzi qruplar isə sərgiyə etiraz edib. 

Sizin Reklam Yeriniz