Əlaqə Arxiv
news Image
2013.10.30
16:30
| A A A
Model biznesi ciddi inkişaf problemi yaşayır
Aqil Məmiyev: «Azərbaycanda model biznesinin durumunun ürəkaçan olmamasına səbəb bu sahədə mütəxəsislərin azlığıdır» Səbinə Allahverdiyeva: «Kənardan bu sənət asan görünsə də, realda tam əksinədir»

Aysel Bayramova: "Razılaşıram ki, Azərbaycanda model biznesinin durumu elə də ürəkaçan deyil"


Bu gün reklam biznesinin inkişafında modellərdən geniş istifadə olunur. Elə modellər də  bu biznes ayəsində böyük həcmdə gəlirlər ələd edirlər. Lakin analoji tendensiya bu gün Azərbaycanda müşahidə olunmur. 

"High Life Fashion & Model Academy"nin direktoru, tanınmış model Aqil Məmiyev Mövqe.az-a açıqlamasında bununla bağlı bildirir: "Azərbaycanda model biznesinin durumunun ürəkaçan olmamasına səbəb bu sahədə mütəxəsislərin azlığıdır. Deyərdim ki, hətta bu sahədə mütəxəsislər barmaqla sayılacaq qədərdir. Model biznesi barədə mən mütəxəsis kimi Fransada fashion təhsili almış, tanınan Mübariz Allahverdizdəni misal göstərə bilərəm. Hal-hazırda biz də, bu sahədə böyük işlər görürük. Başqa bir səbəb isə yeni model simaların üzə çıxarılması üçün bu işlər üzrə addım atılmamasıdır. Demək olmaz ki, model biznesi arzuolunan səviyyədədir, amma inkişafında müəyyən tendensiyaları müşahidə etmək mümkündür. Xüsusən də, bugünkü reklam bazarını 10 il əvvəllə müqayisə etsək, işə yanaşma baxımından da çox şey dəyişib.

Ümumilkdə götürəndə, tək ölkəmizdə deyil, inkişaf etmiş Qərb ölkələrində də modellərlə yanaşı, müğənillərdə reklam çarxlarına çəkilir. Bunun əsas səbəbi məhşur simaların hansısa məhsuları tanıtmasıdır. Əslində isə, bu iş modellərin vəzifəsidir. Müğənnilərin çəkimi təbii ki, modellər üçün işsizlik problemi yaradır. Ölkəmizdə daha çox müğənnilər reklama çəkilir. Çünki ölkəmizdə müğənillər daha çox tanınır, buna görə reklam sifarişçisi olan şirkətlər istəyir ki, reklama tanınan simalar çəkilsin. Onların təqdimatında da həmin məhsullar tanıdılsın. Bir tək səbəbi budur". 

Aqil Məmiyev qeyd edir ki, artıq ölkəmizdə iki ildən çoxdur ki, fəaliyyət göstərən "High Life Fashion & Model Academy"bu sahədə kurslara və təhsilə başlayıb: "Akademiyamızda 50-dən çox tələbə, 200 yaxın model aktyor bazamız var. Onların içində çox tanınan simalar da var. Dərsləri Fransada fashion təhsili almış "High Life Fashion & Model Academy"nin prezdenti Mübariz Allahverdizdə keçir. Yalnız biz tanınmamış modelləri tanıtmaq barədə layihələr edirik, onlara dərs keçirik. Ancaq digərləri yalnız tanınmışları seçib, götürür".

Məşhur model, aktrisa Səbinə Allahverdiyeva isə bildirir: "Azərbaycanda model biznesinin durumu çox yaxşıdır. Əlbəttə ki, söhbət professional modellərdən gedir. Ümumiyyətlə, baxır kimin üçün ürəkaçandır, kimin üçünsə yox...". Məşhurların reklam çəkilişinə münasibət bildirən model qeyd edib: "Məşhur müğənnilərimizi hər halda  reklama çəkilmək üçün şirkətləri özləri dəvət etmirlər. Demirlər ki, gəlin bizi reklama çəkin. Mənim üçün müğənnilərin reklama çəkilməsi heç də problem yaratmır. Çünki yetərincə öz çəkilişlərim var. 

Azərbyacanda az da olsa sirkətlər var ki, yeni başlamaq istəyən modelləri öyrədirlər. Ancaq müqavilə yolu ilə ... Sadəcə, modellər işləmək istəmirlər. Həm də ki, hər adam model ola bilməz. Kənardan bu sənət asan görünsə də, realda tam əksinədir"

Tanınmış model, aktrisa Aysel Bayramova isə məsələyə belə əmünasibət bildirir: "Razılaşıram ki, Azərbaycanda model biznesinin durumu elə də ürəkaçan deyil. Səbəb işsizlik və qeyri-peşəkarlıqdır. Çünki çox az sayda dəfilələr və reklamlar olur. Bu da ondan irəli gəlir ki, model ve modelin brendlərə gətirdiyi reklam anlayışı bizdə hələ o səviyyədə inkişaf etməyib. 

Məşhurların reklamda çəkilməyi bir növ brendlərin tanınması üçün ən rahat və sərfəli vasitədir. Çünki belə olan halda daha çox diqqət cəlb olunduğunu düşünürlər. Ancaq artıq bu variantdan çox istifadə olunduğu üçün primitivləşib. Düşünürəm ki, hər halda hər kəs öz işində daha gözel və peşəkar görünür. 

Azərbaycanda elə şirkətlər var ki, yeni başlamaq olan modellərlə müqavilə əsnasında çalışmaq istəyirlər. Amma bu şirkətlərin sayı çox azdır. Mən özüm 5 belə şirkətlə işləməkdən imtina etmişəm. Səbəb isə müqavilənin şərtlərinin ağırlığı olub. Şirkətlər müqavilə şərtlərini yalnız özlərinə sərf edən şəkildə təyin və təsdiq edirlər. 

Mən 7 ildir bu sahədə çalışıram. 3 il də ki, aktrisa kimi fəaliyyət göstərirəm. Ancaq yenə də öz üzərimdə mütəmadi işləyirəm. Boyu, parametrleri modelliyə uyğun olan hər bir yeni model də zamanla özünü təsdiq edəcək. Sadəcə, bunun üçün  təcrübə topamaq, öz üzərində işləmək lazımdır. İndiki model biznesinəbaxanda hər kəs 1.69 boyla "mən modeləm" deyirsə, əlbəttə  ki, kənarda qalanlar çox olacaq". 


Sizin Reklam Yeriniz