Sezen Aksu: "Bütün ermənilər mənim qohumumdur" -FOTO
Sezen Aksu erməni sevgilisindən danışıb. Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyədə "Zorlu Center PSM"in açılışında səhnəyə çıxan məşhur müğənni rəhmətlik erməni sevgilisi Onno Tuncboyacyana konsert həsr edib. Əslən erməni olan Onno musiqiçi kimi fəaliyyət göstərib. Onno təyyarə qəzasında həlak olub. Konsert zamanı Sezen Aksu erməniləri çox sevdiyini dəfələrlə qeyd edib: "10 il Onnonun gəlini olmuşam, bir sözlə bütün ermənilər mənim qohumlarımdır". Bu etiraflardan alqışlarla qarşılanıb.
Qeyd edək ki, Sezen Aksu qeyri-rəsmi nikahda Onno Tunc ilə 10 il yaşayıb və onlar bir-birini çox sevib.