Əlaqə Arxiv
news Image
2012.05.23
16:54
| A A A
Alim Qasımov “Eurovison”dan sonra da tamaşaçıların qarşısına çıxacaq
Məşhur xanəndə bu dəfə qızı, əməkdar artist Fərqanə Qasımova ilə

Movqe.Az xəbər verir ki, hazırda "Eurovison" mahnı müsabiqəsində ölkəmizi təmsil edən, müğənni Səbinə Babayeva ilə eyni səhnədə çıxış etməyə hazırlaşan dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov müsabiqədən sonra yenidən tamaşaçıların qarşısına keçəcək. Məşhur xanəndə bu dəfə qızı, əməkdar artist Fərqanə Qasımova ilə birgə Bakıda açıq havada konsert proqramıyla çıxış edəcək.

Konsertin təşkilatçısı Nahid Emiloğlu məşhur muğam ifaçılarının konsertinin iyunun 30-da paytaxtın möhtşəm restoranlarının birində açıq havada keçiriləcəyini deyib.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz