Əlaqə Arxiv
news Image
2013.11.04
12:24
| A A A
Sevda Yəhyayeva əməliyyat etdirilməsindən danışdı-Özəl
Teleaparıcı İlhamə Bədəlovanın "ATV" telekanalında yayımlanan "Nə varsa" verlişi qalmaqalla yadda qalıb. Mövqe.az-ın məlumatına görə, kişilərin əməliyyat etdirib, öz eyiblərini örtməsinə adi hal kimi baxan aparıcı və bəy tamaşaçılar arasında qalmaqal yaşanıb. Kişinin əməliyyat etdirməsinə qarşı olan studiyada iştirak edən tamaşaçı bunu yaxşı hal hesab etməyib. Verlişdə qonaq qismində iştirak edən Rəhim Rəhimliyə söz atan qonağın fikiri müğənnini özündən çıxarıb. Söz söhbətdən təngə gələn rəqqasə Fatimə öz söhbəti ilə səs-küyü kəsməyə cəhd göstərib. 


Verlişdə qonaq olan tanınmış müğənni Sevda Yəhyayeva da əməliyyat etdirilməsi ilə bağlı yayılan şayələrə son qoyub: " Deyirlər ki, mən əməliyyat etdirmişəm. Ancaq bu doğru deyil. Mən də axı ehtiyac yoxdur ki, nəsə etdirim. Əgər 40 yaşından sonra ehtiyac olarsa bunu edərəm. Əməliyyat etdirənlərə də pis baxmıram. Hərə özü bilər. Ancaq məndə hələ ki, buna ehtiyac yoxdur". 

Sizin Reklam Yeriniz