Əlaqə Arxiv
news Image
2013.11.04
13:41
| A A A
Bacısı intihar edən Mətanət onu qınayanları Allaha tapşırdı!

Mətanət Əsədova bacısının 40-ı çıxmamış el şənliklərinə getməsi, canlı musiqili verlişə çıxması barədə danışıb. Mövqe.az-a açıqlama verən müğənni onu qınayanları Allaha tapşırıb: "Utansınlar məni qınayanlar! Ayıb olsun onlara! Onların da başına gələndə belə şey o zaman mən də onları  qınayacam. Ayıb deyil? Mən səsimdən utansınlar. Mənim bu boyda səsim var. Qınamağa nə var ki?! Rahat nəfəs almağa, dərdimi çəkməyə qoymurlar məni...

Müğənni bacısının 40-ı çıxmamış toya getməsi xəbərini də inkar etdi: "Mən heç kimə bu barədə hesabat verəsi deyiləm. Özüm bilərəm. Mən heç bir toya getməmişəm. Bu xəbər də yalandır. allah görür kim kimdir".

Qeyd edək ki, əvvəl anasını, ardınca bacısını itirən səhnəməzin güclü səs sahibəsi Mətanət Əsədova bir ay bundan öncəki açıqlamalarında səhnəni bir dəfəlik tərk etməsi barədə belə söyləmişdi:  " İndi təkcə onu deyə bilərəm ki, böyük səhnəni birdəfəlik tərk edirəm. Bundan sonra Mətanət Əsədova oxumayacaq".



Sizin Reklam Yeriniz