Vizajist Nigarın nikahı saxta çıxdı?!-Eksklüziv
Bir neçə gün öncə ailə həyatı quran vizajist Nigar İbrahimlinin
ailəsi barədə söz-söhbət tükənmək bilmir. Bu dəfə də Nigarın sosial
şəbəkədə paylaşdığı nigahnaməsi qalmaqala səbəb olub. Musayev
Ruslan və İbrahimova Fərqanənin ailə həyatı qurması barədə
olan nikah şəadətnaməsi insanlarda çaşbaşlıq yaradıb. "Gəlinin adı
axı Nigardır, bəs bu Fərqanə kimdir" kimi fikirlərlə Mövqe.az-a
müraciət edən tamaşaçıların intizarına elə biz son qoyduq. Nigarın
bacısı İradə İbrahimovanın mətbuat katibi ilə əlaqə saxlayan
Mövqe.az-ın əməkdaşı öyrənib ki, Nigarın əsl adı Fərqanə imiş:
Bəli, Nigarın əsl adı Fərqanədir. Hətta bacısı İradə İbrahimova da
ona həmişə Fəqiş-Fəqiş deyir. Ona görə nikah haqqında
şəadətnaməsində elə yazılıb. Əlbəttə ki, bu rəsmi nikahdır və heç
bir saxtakarlıqdan söhbət gedə bilməz".
Qeyd edək ki, Nigar İbrahimova bir neçə gün öncə iş adamı Ruslanla ailə həyatı qurub. Ruslan Musayev Nigardan öncə ailəli olub və həmin nikahdan iki qız övladı var.