Əlaqə Arxiv
news Image
2012.05.24
11:15
| A A A
“Canlı səs” verilişinin aparıcısı məlum oldu - EKSKLÜZİV
Mirsalam Mirsalamovun aparıcı olduğu “Canlı səs” verilişi bağlanmayıb


Movqe.Az-a daxil olan xəbərə görə, Mirsalam Mirsalamovun aparıcı olduğu "Canlı səs" verilişi tanınmış teleaparıcı Cavid Gülün təqdimatında yayımlanacaq.

Qeyd edək ki, bu günlərdə "Azad Azərbaycan" telekanalının keçmiş baş prodüseri M.Mirsalamov adıçəkilən telekanaldan uzaqlaşdığı barəsində ölkənin bir çox KİV-də xəbərlər yazılıb. M.Mirsalamov 11 illik televiziya fəaliyyəti dövrünün 6 ilini ATV telekanalında çalışıb. O, 6 il ərzində Yeni İl, Novruz Bayramı şənliklərini, o cümlədən, İcra Hakimiyyətləri tərəfindən hazırlanan konsertlərin təşkilatçısı və "Süfrəmiz", "Canlı səs" kimi televiziya layihələrin yaradıcısı olub.

Məlumat üçün bildirək ki, C.Gül əvvəllərdə ATV-də əyləncəli verilişlərin aparıcısı olub və müəyyən səbəblərdən telekanladan uzaqlaşmışdı. O, müxtəlif televiziya layihələrin müəllifi kimi də tanınır.

Fuad Mədətov

Movqe.Az


Sizin Reklam Yeriniz