Əlaqə Arxiv
news Image
2013.11.06
16:42
| A A A
Rəqqasın adından sui- istifadə edilir

Tanınmış rəqqas İlham Kərimli saxtakarlıqla qarşılaşıb. Bu barədə o, Movqe.az-a açıqlamasıdna bildirib. İ. Kərimli onun adından rəqs studiyasına tələbə qəbulu haqqında elanların yayıldığının şahidi olub: "Nizami rayonu ərazisində kimlərsə mənim adımdan rəqs studiyası açılması və tələbə qəbulu elan edən vizit kartlar paylatdırır. Bu mənim adımdan reklam kimi istifadə etmək məqsədi daşıyır. Həmin ərazidə yaşayan insanlar mənə zəng edərək dərslər haqqında maraqlanırlar. Lakin bildirmək istəyirəm ki, Nizami rayonu ərzisində rəqs studiyası açdırmamışam. Bu reklam vəelanlarla əlaqəm yoxdur. Mənim rəqs studiyam şəhərin başqa məkanında yerləşir və barədə çoxları məlumatlıdır. İllərdir həmin studiyada müxtəlif yaşda olan insanlara rəqs sənətinin sirlərini və gözəl oynamaq qaydalarını öyrədirik".

Sizin Reklam Yeriniz