Müğənni Ramal Əsədzadə repertuarında yenilikler edəcək. Bu barədə o, Movqe.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, klassik mahnılardan ibarət albom hazırlıqlarına başlamaq niyyətindədir: " Klassik musiqilərimizi çox sevirəm. Ona görə də bəzi klassik mahnıları yeni aranjimanda oxuyub albom formasında dinləyicilərə təqdim etmək istəyirəm. Artıq bir neçə mahnını seçmişəm. Onların arasında C. Cahangirovun "Ay qız", S. Rüstəmovun "Getmə", X. Mirzəzadənin "Uşaqlıq kompozisiyası", Ş. Axundovanın "Nədən oldu" mahnıları da var". R. Əsədzadə albom hazırlıqlarına rəhbəri olduğu "Futbol şou № 1" layihəsindən sonra başlayacağını əlavə etdi. Xatırladaq ki, müğənnilər və aparıcıların birgə iştirak edəcəyi futbol yarışması noybarın 15-də "Şəfa" satdionunda reallaşacaq.