Əlaqə Arxiv
news Image
2013.11.07
13:57
| A A A
5 illik sevgi yaşayan məşhur cütlük ayrıldı-FOTO

5 il ərzində birlikdə olan məşhur türkiyəli aktyorlar Canan Ergüder və  Tardu Flord cütlüyünün sevgi əlaqələri başa çatıb. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əslində münasibətləri 2013 ilin iyun ayında bitmiş cütlük bu barədə açıqlama vermək istəməyiblər.  Ancaq Qurban bayramı tətilini birlikdə keçirtməkləri barədə xəbərlərin yayılmasından narahat olan Canan Ergüder  və Tardu Flord mətbuat konfransı keçirib və bu barədə açıqlama veriblər:

"Sevgi , hörmət və keflə yaşadığımız 5 illik əlaqəmizi bu ilin iyun ayında qarşılıqlı hörmət çərçivəsində bitirdik. Şəxsi məsələlərimizlə gündəmi lazımsız məşğul etmək istəmədik. Ona görə bu barədə heç bir açıqlama vermədik. Ancaq Qurban Bayramı əsnasında çıxan və ardından əks olunan xəbərlərin həqiqəti əks etdirməməsi səbəbindən ayrılığımız barədə xəbəri hər kəsə  bəyan etmə məcburiyyətində qaldıq. Qiymətli mətbuat mənsubu dostlarımızın da bundan sonra bu mövzuya göstərəcəkləri həssaslıq üçün indidən hər birinə təşəkkür edirik. "

Sizin Reklam Yeriniz