Tolik Zorikə:“Tak şto” adımı az hallandır aaz, sevinərəm”
Mövqe.az-ın məlumatına görə, Tolik Zorikin
cavabını sosial şəbəkə vasitəsilə verib: "Zorik, təbrik edirəm.
Amma mən heç vaxt İlhamə Quliyeva ilə işləməmişəm. Yalnız bəzi
layihələrində kömək etmişəm. Qaldı ki, söz atmağa, onu heç sən yox
ha, işlədiyin müğənni belə ağlından keçirdə bilməz. "Tak şto" adımı
az hallandır aaz, sevinərəm".
Məlumat üçün bildirək ki, klipmeyker Zöhrab Ağayev bundan
sonra İlhamə Qulyevanın menecerliyini edəcək.
Bu haqda məlumatı Axsam.az-ın müxbiri ilə söhbətində Zorik özü
deyib.
Onun sözlərinə görə, İ.Quliyevaya zəng edib və belə bir təklif
irəli sürüb:
"Söz verdim ki, başqalarından fərqli olaraq ona sadiq olacağam.
Birlikdə şam yeməyinə çıxdıq. Ətraflı söhbət etdik. İlhamə xanım da
əlimi sıxıb dedi ki, sənin yerin mənim yanımdır. Onun kimi böyük
bir sənətkarla işləyəcəyim üçün fəxr edirəm. İndiyədək birlikdə
çalışdığıinsanlardan daha yaxşı olacağam. Bu ifadəmlə nə Tolikə, nə
də Faiq Ələkbərliyə söz atmaq fikrim yoxdur. İlhamə Quliyevanın
ünvanına xoşagəlməz söz deyən qarşısında məni görəcək".