Bred Pit Ancelina Coli ilə evlənməyə tələsmir
Artıq neçə aydır ki, dünya mətbuatı Bred Pit ilə Ancelina Colinin
toylarının tezliklə baş tutacağı barədə məlumatlar yayır. Hətta
"paparazzi"lər Bredin Ancelinaya bağışladığı üzüyün şəkillərini
bütün kütləvi informasiya vasitələrində işıqlandırıb. Onların
toyunun avqust ayında baş tutacağı barədə də məlumatlar dünyanın ən
məşhur jurnallarında öz əksini tapmışdır. Lakin Beynəlxalq
Kann Festivalında Bred Pit öz cavabı ilə hamını təəccübləndirib.
Belə ki, o, toylarının nə vaxt baş tutacağı haqqında suala belə
cavab verib: " Biz hələ evlənməyə tələsmirik və toyun tarixini də
dəqiqləşdirməmişik. Bu mərasim bizim üçün çox məsuliyyətlidir və
dəqiq qərara gəlməmişik. Bu söhbətlər şayədir ".
E.F.N
Movqe.Az