Əlaqə Arxiv
news Image
2013.11.08
12:07
| A A A
Aygün Kazımova ilə Faiq Ağayevin sevgisi yenidən alovlanmaqda - ÖZƏL

Xalq artistləri Aygün Kazımova və Faiq Ağayevin sevgi münasibətləri yenidən gündəmə gəlir. Bu münasibəti şərtləndirən əlamətlər artıq ekranda da özünü büruzə verib.

Aygün Kazımova "Lider" telekanalında yayımlanan "Pərdə" verilişinə açıqlamasında deyib: "Bu yaxınlarda Faiqlə eyni məclisdə idik. Orada yarım saat çıxış etdim. Həmin gecə bütün mahnılarımı Faiq üçün oxudum. Ad günü məclisini də elə o özü təşkil etmişdi".

Həmin məclisdən sonra Faiq Ağayev Aygün Kazımova barədə intim ifadə işlətmişdi. Faiq Ağayev belə bir status yazmışdı: "Bu gün idarə etdiyim tədbirə yarım saatlıq Aygün Kazımova gəlmişdi. Yaman gözəlləşib yanmış!"

Bir neçə il öncə Faiq Ağayevlə Aygün Kazımovanın evlənməsi məsələsi gündəmə gəlmişdi. Uzun müddət şou aləmində müzakirə olunan, tərəflərin özlərinin də etirafı ilə davam eləyən söz-söhbət sonda nəticəsiz bitmişdi.


Sizin Reklam Yeriniz