Nigar Camaldan möhtəşəm klip-VİDEO
Nigar Camal çoxdan vəd etdiyi "Kəpənəklər" mahnısının klipini
təqdim edib. Müğənni bu barədə sosial şəbəkədə məlumat verib.
Mövqe.az-ın məlumatına görə, ifaçının Azərbaycan dilində ifa etdiyi
yeni mahnının sözləri Paulina Volodkovskayaya, musiqisi İsa Məlikə
aiddir. "Kəpənəklər" klipinin rejissoru Fərhad Əlidir. Klipdə
Nigarın geyimlərini modelyer Leyla Əliyeva hazırlayıb. "Evrovision
2011" qalibimizin saç və makiyajını isə stilist Anar Ağakişiyev
düzəldib. Klipin ərsəyə gəlməsində stilist Syamanın da özünəməxsus
rolu olub. Mövqe.az sizə həmin klipi təqdim edir: