Bülent Ersoy, "Show TV"də yayımlanan proqramına 2007-ci ilin iyul ayında evlənib, 6 ay sonra boşandığı keçmiş həyat yoldaşı Armağan Uzunu qonaq edib. Mövqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Bülent Ersoy, özündən 30 yaş kiçik köhnə həyatyoldaşı Armağan ilə dəqiqələrlə rəqs edib. 6 ildir görüşməyən cütlüyünn bir araya gəlməsi Türk mediasında "Bülent Ərsoyun reytinq xətrinə bu addımı atması" kimi şərh olunur. Deyilənlər öz təsdiqini tapıb. Həmin proqramın reytinqi digər həftələrə nisbətən çox yüksək olub. Verlişin ən maraqlı anı isə Armağan Uzunun, Bülent Ərsoyun gözlərinin içinə baxıb "Sənin olmaya gəldim" mahnısını ifa etməsi olub. Bülent Ersoy isə verliş zamanı maraqlı açıqlamaları ilə tamaşaçıları təəccübləndirib. O köhnə həyat yoldaşını görüncə həyəcan keçirtdiyini etiraf edib: "Armağanı görüncə ürəyim hop etdi"
Məlumat üçün bildirək ki, Armağan Uzun 2013-cü ilin 8 sentyabrında Duyğu Çalışqan ilə evlənib.