Məşhur musiqi adamı Volga Tamöz " Poll Production" etiketi və Polat Yağçı prodüserliyi ilə önümüzdəki günlərdə Volga Tamöz feat Hande Yener "Biri Var" layihəsini single şəklində təqdim edəcək.
Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ikili "Volga Tamöz Feat Hande Yener" "Biri var" layihəsinin fotoşəkilləri üçün məşhur fotoqraf Kamal Doğulunun obyektivinə poza verib.
Bu gün baş tutacaq gecədə müğənni səhnəyə çıxaraq 9 mahnıdan ibarət olan səhnə performansı ilə pərəstişkarları ilə görüşəcək. H. Yener səhnədə ilk dəfə bazara çıxaracağı yeni mahnısı " Biri var" ı ifa edəcək. O, bir ilkə imza ataraq, Türkiyə ilə birlikdə eyni zamanda bu mahnını bütün dünyaya tanıdacaq .
"Biri Var " mahnısının bəstəsi və tənzimləməsi məşhur musiqi adamı Volga Tamözə , sözləri məşhur sənətçi Berksana aiddir.