Əlaqə Arxiv
news Image
2013.11.13
14:55
| A A A
Könül Kərimova: "Maklerin mənim villamda nə işi var?"

"Mən belə söhbətləri eşidəndə elə qəribə hisslər keçirirəm ki... Necə ola bilər ki, mən evimi satım? Maklerin mənim evimdə nə işi var axı?! Mən biznesmenəm məgər bankrot olum? Gülməli-gülməli söhbətlərdir bekarçılıqdan yazırlar".

 Bu açıqlamanı Mövqe.az-a borca düşdüyü üçün evinin satdığı barədə yalan məlumatlara aydınlıq gətirən Könül Kərimova deyib: "Ola bilməz ki, mən borc edim və ya evmi satım.Olan-qalan bir evim var onu  niyə satım ki?Yaşadığım ev adi ev deyil. Bu ev həm mənim evimdir, həm villamdır, həm də ki mənim üçün çox doğmadır.  Adam da belə evi satar? Hansı axmaq bu cür evi satar? Makler o vaxt bu evi mənə satanda dedi ki, bu evi al, peşman olmayacaqsan. Bütün işlərin yağ kimi gedəcək. Elə-elə də oldu. Bu ev mənim üçün çox dəyərlidir, əvəzolunmazdır. Mən evimi nə cür əziyyətlə almışam bir Allah bilir. İnsan evi satıb nə isə əldə etməz, əksinə nələrisə qurban verib ev alar. O vaxt bu evi alanda mənim pulum çatmırdı bina evimi satdım, avtomobilimi satdım və bu evi aldım. Çox bəyənirəm  və çox da xoşbəxtəm ki, belə bir evim var. Mən gözəl arzular iddiasındayam. Oğlum, qızım böyüyür. Evimi satmaq barədə heç düşünmürəm. Rəbbimə şükür edirəm ki, mənə bu evi qismət edib. Belə yalan məlumatlar yazmaq olmaz".

Sizin Reklam Yeriniz